Rezidenturaya qəbul olunanlar üçün qeydiyyat prosesi başlayır
Avqustun 28-i saat 11:00-da ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.
Müraciətçilər https://portal.edu.az/ sistemi vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeydiyyat prosesi 6 sentyabr saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
