• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

BMU – İNHA İDP-nin 2023–2024-cü tədris ili üzrə qəbul nəticələri açıqlanıb

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramının (İDP) 2023–2024-cü tədris ili üzrə keçirilən qəbul imtahanının nəticələri elan olunub. 


300-dən çox namizədin qeydiyyatdan keçdiyi, 246 nəfərin iştirak etdiyi daxili imtahanın nəticələrinə əsasən, 2023–2024-cü tədris ili çərçivəsində 4 ixtisas istiqaməti üzrə ayrılan 123 plan yeri tam dolub. Tələbələrdən 35 nəfəri informasiya texnologiyaları, 35-i elektronika mühəndisliyi, 28-i elektrik mühəndisliyi və 25-i inşaat mühəndisliyi ixtisasları üzrə yeni tədris ilindən BMU – İNHA İDP-də təhsil alacaq.


3+1 modelinə əsaslanan ikili diplom proqramında tədrisin 3 ili BMU, 1 ili isə İNHA Universitetində həyata keçirilir və bütün ixtisaslar üzrə qəbul tam dövlət sifarişi əsasında aparılır. Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə qeydiyyat, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri “2019–2023-cü illər Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Dövlət Neft Fondu tərəfindən qarşılanır. 


Tədrisin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplom təqdim ediləcək. 


Qeyd edək ki, qəbul prosesi 2020-ci ildən həyata keçirilən BMU – İNHA İDP çərçivəsində hazırda 270-dən çox tələbə təhsil alır.


23.08.2023 - 15:00