• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb

Avqustun 22-də peşə təhsili pilləsi üzrə tələbə qəbulunun nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərin əlaqə nömrələrinə nəticə barədə məlumat göndərilib. Peşə təhsili müəssisələrinə qəbul olunan şəxslər ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “Şəxsi kabinet” bölməsindən əldə edə bilərlər.

 

Peşə təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədən keçən şəxslər  23 – 30 avqust tarixlərində saat 17:00-dək  aşağıda qeyd olunan sənədləri qəbul olunduqları müəssisəyə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

• attestatın əsli;

• sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

• sistemdən (şəxsi kabinetdən) çıxarılmış ərizə nümunəsi;

• şəxsiyyət vəsiqəsinin surəti;

• 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;

• hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

• güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

   

Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

 

2023–2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 128 ixtisas olmaqla 25 420 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 24 090 nəfərdən 75 140 müraciət daxil olub. Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 10 faiz çox olduğunu göstərir.

 

Qeyd edək ki, peşə təhsili müəssisələrinin boş qalmış plan yerlərinə tələbə qəbulunun 1 – 5 sentyabr tarixlərində həyata keçirilməsi planlaşdırılır.


22.08.2023 - 18:00