“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib
“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib. 11 regionda təşkil edilmiş imtahan mərkəzlərində keçirilən bu mərhələdə 502 nəfər iştirak edib.
Esse mərhələsində namizədlərin təhsilin idarəedilməsi ilə bağlı yaradıcı və təşəbbüskar yanaşmaları yazı işləri əsasında yoxlanılır. Sözügedən mərhələni uğurla keçən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.
Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək və təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
