HTP çərçivəsində 3 nəfər Rumıniyada təhsil imkanı qazanıb
2023–2024-cü tədris ili üzrə Rumıniya universitetlərində təhsilə dair keçirilmiş müsabiqə nəticəsində 3 nəfər Azərbaycan Respublikası vətəndaşının namizədliyi müsbət qiymətləndirilib. Qaliblər Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Rumıniyanın “University of Bucharest”, “Babes-Bolyai” və “University of Cluj-Napoca” adlı ali təhsil müəssisələrində informasiya texnologiyaları və humanitar-sosial elmlər sahələri üzrə magistratura səviyyəsində təhsil alacaqlar.
Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaqlar. Bununla yanaşı, onların aylıq təqaüdləri, təhsil, yataqxana və tibbi sığorta xərcləri Rumıniya, yol xərcləri isə Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.
Müvafiq təqaüd proqramı barədə elan 13 aprel 2023-cü il tarixində verilib.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
