“4Sİ Akademiyası” layihəsinə start verilib
Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin və ABŞ-nin “Coursera” şirkəti ilə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” layihəsinə start verilib.
Layihənin məqsədi ölkədə Dördüncü Sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
Layihə müddətində 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan yararlanmaq mümkün olacaq.
Pilot layihə çərçivəsində müraciətlərin qəbulu 23 avqust – 7 sentyabr 2023-cü il tarixlərini əhatə edəcək. Seçilmiş 10 minə yaxın şəxs 15 sentyabrdan 1 il ərzində dünyanın nüfuzlu universitet və şirkətlərinin təqdim etdiyi tədris proqramları üzrə ingilis dilində ödənişsiz təhsil imkanı əldə edəcək.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
