Elm və Təhsil Nazirliyinin yeni elektron xidməti istifadəyə verilib
3 il əvvəl
Elm və Təhsil Nazirliyi (ETN) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanan yeni elektron xidmət əhalinin istifadəsinə verilmişdir.
Artıq vətəndaşlar “myGov” portalından qeydiyyatdan keçərək “Məlumatlarım” hissəsində “Ümumi təhsil haqqında sənədlərim” bölməsində ümumi orta təhsil və tam orta təhsil haqqında attestat barədə elektron arayışı asanlıqla əldə edə bilər.
Bu elektron xidmət istifadəçiləri heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilər.
Qeyd edirik ki, dövlət elektron məlumat sistemində olan bu məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir.
Hazırda ETN tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.
Digər xəbərlər
-
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40 -
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48 -
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50
