“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsinə start verilir
Avqustun 22-də “Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçiriləcək. Mərhələ barədə məlumat test imtahanından uğurla keçmiş şəxslərin əlaqə nömrələrinə göndəriləcək.
Esse mərhələsində namizədlərə 1 mövzu təqdim olunacaq. Namizədlər linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
“Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsində 1 172 nəfər iştirak edib, onlardan 596-sı uğur qazanaraq esse mərhələsinə keçib.
Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
