Korrupsiya ilə əlaqədar ictimai müzakirə keçirilib
Avqustun 7-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Elm və Təhsil Nazirliyi ilə birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na dair ictimai müzakirə keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İsrail İsgəndərov, ETN yanında İctimai Şuranın sədri Günel Səfərova, Şuranın üzvü İlqar Orucov, Zaur İbrahimov və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə ölkəmizdə aparılan təhsil islahatları, qeyri-hökumət təşkilatlarının islahatlarda rolu, təhsil sistemində fəaliyyətlərin elektronlaşdırılması, mövcud vəziyyət və gələcək perspektivlərə dair iştirakçılara məlumat verilib. Eyni zamanda, Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər diqqətə çatdırılıb.
Tədbir müzakirə formatında davam etdirilib.
Sonda isə mövzu ilə bağlı qeyri-hökumət təşkilatları nümayəndələrinin sualları cavablandırılıb.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
