"İnsan kapitalı" İşçi Qrupunun növbəti iclası keçiriləcək
Avqustun 11-i saat 15:00-da Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun onlayn formatda növbəti iclası keçiriləcək.
Maraqlanan şəxslər, dövlət və özəl sektor nümayəndələri müvafiq linkə daxil olaraq iclasın gündəliyi ilə tanış ola və “Təklif göndər” bölməsi vasitəsilə təkliflərini yaza bilərlər.
Bundan başqa, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın internet portalının "Onlayn müraciət (https://azranking.az/online-apply)" bölməsində də ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasına dair təklifləri qeyd etmək mümkündür.
Yekunda təkliflər komissiyanın müvafiq işçi qruplarında müzakirə olunur və nəticə barədə qarşı tərəfə məlumat göndərilir.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək
07.05.2026 - 15:50 -
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
07.05.2026 - 15:17 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyunlarının yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
07.05.2026 - 15:00 -
Türkiyə-Azərbaycan Universitetinə infotur təşkil edilib
06.05.2026 - 17:30 -
Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib
06.05.2026 - 17:15
