Apellyasiya Şurasının iclası keçirilib
İyulun 28-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın iclası keçirilib.
İclasda Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin Maliyyə-iqtisad sektorunun müdiri vəzifəsinə namizəd Rahim Hüseynovun, Qarabağ Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Qızbəs Məmmədovanın, Nicat Əfəndiyevin, Elnur Mənəfovun və Aqil Ağayevin, Qarabağ Regional Təhsil İdarəsinin Maliyyə-iqtisad sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Elbrus Zeynallının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə namizəd Sərdar Nəbiyevin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Beş şikayətin təmin olunması, iki şikayətin isə təmin edilməməsi barədə qərarlar qəbul olunub.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
