SABAH qruplarına müəllim qəbulu üzrə müraciətin son günü
Bu gün saat 23:59-da SABAH qruplarının magistratura səviyyəsinin 2023-2024-cü tədris ilinin payız semestri üçün müəllim qəbuluna müraciət başa çatacaq.
Müsabiqə və vakant yerlər barədə ətraflı məlumatı linkə (https://shorturl.at/kot79) daxil olmaqla "Tədbirlər və elanlar" bölməsindən əldə etmək mümkündür.
Qeyd edək ki, SABAH qruplarının magistratura səviyyəsi üzrə professor-müəllim heyəti və mütəxəssislər müsabiqə əsasında saathesabı qaydada işə dəvət olunurlar.
Müsabiqədə azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə malik magistr və daha yüksək elmi dərəcəsi olan, mükəmməl səviyyədə İKT, innovativ tədris metodları və müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran namizədlər iştirak edə bilərlər.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
