OCEP məktəbliləri ilə görüş keçirilib
İyulun 25-də Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı zamanı OCEP (Olimpiya Mədəniyyəti və Təhsil Proqramı) məktəbliləri ilə görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin nümayəndəsi Canluka de Angelis, Olimpiya Mədəniyyəti və Təhsil Proqramının rəhbəri Ceyhun Rəhmanov iştirak ediblər.
Görüş zamanı Hilal Salmanov nazirliyin OCEP proqramını tam dəstəklədiyini bildirib, belə layihələrin məktəblilərin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Görüş çərçivəsində məktəblilərlə ümumi söhbət edən MOK-un baş katibi Azər Əliyev onlara uğurlar arzulayıb.
OCEP məktəbliləri Ümid Yusifli, Qumral Yusifli, Xədicə Seyidova və Nərminə Xələfova da öz növbələrində “Maribor 2023” çərçivəsində ölkəmizi layiqincə təmsil edəcəklərini bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
