• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və Təhsil Nazirliyində hesabat müşavirəsi

İyulun 19-da Elm və Təhsil Nazirliyində nazirliyin rəhbər heyəti, struktur bölmə və qurum rəhbərlərinin iştirakı ilə hesabat müşavirəsi keçirilib. 

 

Müşavirənin keçirilməsində məqsəd nazirliyin struktur bölmə və qurumları arasında əməkdaşlığın artırılması, çevikliyin təmin olunması, təhsil sahəsində görülmüş işlər, yaranmış çətinliklər, qarşıda duran məsələlərlə bağlı tərəflərin məlumatlandırılması, təkliflərin səsləndirilməsi, eləcə də müvafiq istiqamətlərdə müzakirələrin aparılması olub.

 

Müşavirədə Elm və Təhsil Nazirliyinin cari il üzrə əsas hədəfləri və bu istiqamətdə görülmüş işlər barədə məlumat verilib. 

 

Bildirilib ki, nazirliyin əhatə etdiyi fəaliyyətlərin vaxtında və uğurlu icrası hər bir struktur bölmə və idarənin fəaliyyətindən bilavasitə asılıdır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin struktur bölmələri, regional idarələri və tabeliyindəki qurumlar arasında nazirliyin fəaliyyəti ilə bağlı məlumatlılıq və hesabatlılığın artırılması, öyrənilmiş dərslərin nəzərdən keçirilməsi və açıq müzakirənin aparılması məqsədilə bu cür görüşlərin mütəmadi təşkilinin vacibliyi vurğulanıb.

 

Müşavirədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin hesabatları dinlənilib, iştirakçıların sualları cavablandırılıb.


19.07.2023 - 22:45