“Türkiye Bursları” çərçivəsində təhsil hüququ qazananlar müəyyənləşib
Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində 8 nəfər Azərbaycan vətəndaşı 2023-2024-cü tədris ili üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb. Həmin şəxslər “Türkiye Bursları” çərçivəsində bu ölkənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təhsil alacaqlar.
Təqaüd əldə edənlər təhsil, paleoantropologiya, psixologiya, molekulyar biologiya, kimya, hüquq və tarix ixtisas istiqamətləri üzrə Ankara Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, İstanbul Universiteti, Qazi Universiteti, Qara dəniz Texniki Universiteti və digər universitetlərdə tədqiqat aparacaqlar.
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan 30 yanvar 2023-cü il tarixində verilib.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
