Peşə təhsili müəssisələrinə işə qəbul üzrə elektron qeydiyyat davam edir
Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrində direktor və direktor müavini işləmək istəyənlər üçün elektron qeydiyyat prosesi davam edir. Müsabiqədə iştirakla bağlı namizədlər iyulun 20-dək https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməlidirlər.
Müsabiqə elektron ərizə qeydiyyatı və vakant yerlərin seçimi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər iyulun 26-da test imtahanına cəlb ediləcəklər. İmtahanda namizədlərə qanunvericilik və məntiq üzrə suallar təqdim olunacaq.
Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə 19 direktor və 27 direktor müavini vakansiyası elan olunub.
Direktor vəzifəsi üzrə müsabiqə proqramı
İnzibati və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üçün müsabiqə proqramı
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
