64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru
2-13 iyul tarixlərində Yaponiyanın Çiba şəhərində keçirilən 64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında şagirdlərimiz uğurla çıxış ediblər. 112 ölkə üzrə 618 şagirdin iştirak etdiyi yarışda 6 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş, 1 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıb.
Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Fidan Qarayeva gümüş, Cəlil Hüseynov bürünc medal qazanıblar. Həmin liseyin X sinif şagirdi İbrahim Kərimli və XI sinif şagirdi Anar Mehdiyev, həmçinin Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın XI sinif şagirdi Fərrux Əsədov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi Mirhəbib Əsgərov həvəsləndirici mükafata layiq görülüblər.
Onu da qeyd edək ki, Fidan Qarayeva Asiya üzrə Məryəm Mirzəxani mükafatı ilə təltif olunub. Sözügedən mükafat hər bir regionda ən yüksək nəticə göstərən məktəbli qızlara təqdim edilir.
Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!
1 il əvvəl
Digər xəbərlər
-
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib
28.04.2025 - 10:00 -
Nazir müavini Mir Cəlal Paşayevin yaradıcılıq gecəsində iştirak edib
27.04.2025 - 15:03 -
Qarabağ Universitetində Beynəlxalq COP simulyasiya konfransı işə başlayıb
26.04.2025 - 17:02 -
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
25.04.2025 - 16:54 -
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi üzrə bilik yarışı keçirilib
25.04.2025 - 12:19