• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Bərdədə Aqrar İnnovasiya Festivalında iştirak edib

"Peşə təhsili sahəsində aparılan islahatlar artıq öz nəticəsini göstərməyə başlayıb. Bu müəssisələrə qəbul olunan tələbə sayı son 3 ildə 50 faizdən çox artaraq 19 000 nəfərə çatıb”. 

 
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iyulun 11-də Bərdə rayonunda keçirilən Aqrar İnnovasiya Festivalında səsləndirib. 
 
Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev peşə təhsilinin iqtisadiyyatın bütün sahələri ilə əlaqəli şəkildə inkişafının əhəmiyyətini qeyd edib. Emin Əmrullayev peşə məktəblərində, əsasən, gənclərin təhsil almalarına baxmayaraq, yaşlı nəslin nümayəndələrinin də burada yenilikləri öyrənə, öz bilik və bacarıqlarını təkmilləşdirə biləcəklərini vurğulayıb.
 
Tədbirdə iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki, festival kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə peşə təhsili müəssisələri arasında əməkdaşlığın daha da artmasına müsbət təsirini göstərəcək.
 
Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Bərdə peşə liseyində təşkil edilən festivalda Kənd Təsərrüfatı Nazirliyinin bütün tabe qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdindəki bir sıra peşə təhsili müəssisələri və 80-dən çox yerli, xarici şirkət nümayəndələri, həmçinin müxtəlif startapçılar iştirak ediblər. 
 
Festivalın keçirilməsində məqsəd Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verilməsi, bu sahə ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi, aqrar elm və təhsilin sahibkarlıq fəaliyyətinə inteqrasiyasıdır.
 
Festivalda kənd təsərrüfatına marağın artırılması və gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə peşə təhsili müəssisələrinin tələbələri üçün məlumat sessiyaları keçirilib, həmçinin fermerlər üçün təlimlər təşkil edilib. 
 
Festival zamanı qonaqlar Bərdə peşə liseyinin fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki, 2021-ci ildə müasir standartlar əsasında fəaliyyətə başlayan müəssisədə 1200-ə yaxın tələbə kənd təsərrüfatı, İKT və sənaye kimi yüksək tələbat olan sahələr üzrə təhsil alır.


11.07.2023 - 17:52