• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Emin Əmrullayev Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi “dəyirmi masa”da çıxış edib

“Əqli mülkiyyət hüququ həm də mədəniyyət, davranış, dəyər məsələsidir. Bunun üçün kiçik yaşlardan başlamaq lazımdır, yəni insan 40 yaşına çatanda əqli mülkiyyətlə yenicə tanış olmamalıdır. Məktəb illərindən digər insanın zəhmətinə hörmət etmək çox vacibdir. Bu, şagirdlərə aşılanmalıdır”. 

 

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev iyunun 24-də “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda keçirilmiş “dəyirmi masa”da çıxışı zamanı deyib. 

 

Nazirliyin Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq etdiyini diqqətə çatdıran Emin Əmrullayev hazırda əmək bazarında plagiat dərslik və dərs vəsaitlərinin sayının azaldığını da bildirib. 

 

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanda səfərdə olduğunu diqqətə çatdırıb. Kamran İmanov bildirib ki, bu səfərin məqsədi Əqli Mülkiyyət Agentliyinin müasir çağırışlara uyğun formalaşdırılması, idarəçilik təcrübəsinə dair məlumatların əldə edilməsi, əqli mülkiyyət ekosistemi ilə bağlı ölkəmizdə görülən işlər, o cümlədən agentliyin təşəbbüs və dəstəyi ilə Azərbaycan universitetlərində əqli mülkiyyət ixtisası üzrə kadrların hazırlanması prosesi ilə tanış olmaqdır. Eləcə də ÜƏMT ilə ölkəmiz arasında əməkdaşlığın daha da genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizə aid coğrafi göstəricilərin qeydiyyatı, onların beynəlxalq miqyasda tanınmasına dəstək göstərilməsi səfərin əsas məqsədlərindəndir. 

 

Tədbirdə çıxış edən Hasan Kleyb bildirib ki, səfərinin məqsədi təmsil etdiyi təşkilat ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirməkdir. Ölkəmizə ilk dəfə gəldiyini deyən Hasan Kleyb Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib. 

 

Çıxışlardan sonra Kamran İmanovun “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda məruzəsi dinlənilib.  

 

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.


1 il əvvəl