• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sertifikatlaşdırma imtahanlarının son günü izlənilib

Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə iyunun 24-də imtahanların keçirildiyi Azərbaycan Dövlət Texniki Universitetinin idman kompleksinə mediatur təşkil edilib. 

 

Mediaturda iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli qeyd edib ki, 24 iyun sertifikatlaşdırma imtahanlarının son günüdür. Bu gün ilk dəfə olaraq Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilir. İmtahanlara 8 500-dən çox müəllim cəlb olunub. Nazir müavini qeyd edib ki, müəllimlərin özünüinkişafı  tədrisin keyfiyyətini artırır və şagird nəticələrinin yaxşılaşmasına səbəb olur.  Eyni zamanda, sertifikatlaşma yaxşı müəllim olmanın təsdiqidir.

 

Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar. 

 

Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərində ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunub. 


1 il əvvəl