• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bölgələrdə sertifikatlaşdırma imtahanları izlənilib

İyunun 22-də müəllimlərin sertifikatlaşdırma imtahanlarının gedişatını izləmək üçün Elm və Təhsil Nazirliyinin əməkdaşları və Təhsil İnstitutunun rəhbərliyi bölgələrə səfər ediblər. 
  
Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovla birgə Bərdə şəhəri N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təşkil edilmiş imtahan prosesini izləyib. 
  
Eşqi Bağırov bildirib ki, davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. Müəllimlərin bilik və bacarıqlarının sertifikatlaşdırma vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmağı ifadə edir. 
  
Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üzrə imtahanlar Ağcabədi şəhəri 11 və Bərdə şəhəri 3 nömrəli tam orta məktəblərdə yaradılmış mərkəzlərdə keçirilir. 
 

* * *


Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovla birlikdə Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə keçirilən sertifikatlaşdırma imtahanlarını izləyib. 

 
İmtahan prosesini izləyən Rüfət Əzizov qeyd edib ki, sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün stimul yaradır. Onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyir, peşə ilə bağlı bilik və bacarıqlarını artırmaq imkanlarından faydalanırlar.  
  
Qeyd edək ki, sertifikatlaşdırma imtahanları Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə təşkil olunub. Lənkəran şəhərində keçirilən imtahanlara Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarının müəllimləri cəlb olunublar. 

 

* * *


Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev Gəncə şəhərinə səfəri çərçivəsində İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə birgə sertifikatlaşdırma imtahanlarının təşkili prosesi ilə yaxından tanış olub. 
  
Səbuhi Rzayevin sözlərinə görə, təcrübə və müşahidələr göstərir ki, şagirdlərin məktəbə qəbulu prosesində valideynlər seçim zamanı qiymətləndirmə nəticəsi yüksək olan müəllimlərə üstünlük verirlər.  
  
Qeyd edək ki, Gəncədə sertifikatlaşdırma imtahanlarının keçirildiyi mərkəzdə valideynləri ilə gələn uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə onlar üçün əyləncə sahəsi müəyyənləşdirilib. Həmin sahədə pedaqoqlar tərəfindən müxtəlif oyun və maarifləndirici fəaliyyətlər həyata keçirilir. 

  
* * *


Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Azərbaycan – Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov və digər qonaqlar Şamaxı şəhəri 2 və 6 nömrəli tam orta məktəblərdə keçirilən sertifikatlaşdırma imtahanlarını izləyiblər.  
  
Bildirilib ki, sertifikatlaşdırma imtahanları Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 3 mərkəzdə təşkil olunub. Şamaxı şəhərində keçirilən imtahanlara Dağlıq Şirvan, Mərkəzi Aran və Şəki – Zaqatala regional təhsil idarələrinə aid müəssisələrdə çalışan 1 805 müəllim cəlb olunub.  
 
İmtahan prosesini izləyən Cəsarət Valehov qeyd edib ki, sertifikatlaşdırma nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsi yoxlanılarkən  onların təlim ehtiyacları müəyyən edilir. Bununla yanaşı, müəllim peşəkarlığının başlanğıc  pilləsi müəyyən  edilməklə  sertifikatlaşdırma nəticələri əsasında müəllimlərin peşə standartlarının səviyyələri təsbit olunur. 
  
Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərini əhatə edir.


1 il əvvəl