Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində altkomitənin doqquzuncu iclası keçirilib
Belçika Krallığının Brüssel şəhərində Azərbaycan – Avropa İttifaqı Əməkdaşlıq Komitəsi çərçivəsində təsis olunmuş məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə altkomitənin doqquzuncu iclası keçirilib.
Azərbaycan tərəfindən Elm və Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclasda Xarici İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Mədəniyyət, Səhiyyə nazirliklərinin nümayəndələrindən ibarət heyət iştirak edib.
İclas zamanı Azərbaycan Respublikası və Avropa İttifaqı arasında sözügedən altkomitənin əhatə etdiyi sahələr üzrə əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri müzakirə edilib.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
