• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Çində təhsil hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq ümumilikdə 20 nəfər Azərbaycan Respublikası vətəndaşı 2023-2024-cü tədris ili üzrə bu ölkənin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb. 

  

Seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində sözügedən 20 nəfər bu ölkənin “Shangai University”, “Tsinghua University”, “Shangai Jiao Tong University”, “Donghua University”, “Xian Jiaotong University”, “TianJin Medical University”, “Beijing Institute of Technology” kimi ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Qeyd olunan şəxslərdən 2 nəfəri bakalavriat, 17 nəfəri magistratura, 1 nəfəri isə doktorantura səviyyələri üzrə genetika, ictimai səhiyyə, kompüter elmləri və texnologiyası, biznesin idarəedilməsi, hüquq, iqtisadiyyat və idarəetmə, maliyyə ixtisaslarında təhsil alacaq.  

 

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 23 noyabr 2022-ci il tarixində elan verilib. 


1 il əvvəl