Əl-Biruni Beynəlxalq Kimya olimpiadasında qazanılan uğur
11-18 iyun 2023-cü il tarixlərində Özbəkistanın Xivə şəhərində Əl-Biruni adına I Beynəlxalq Kimya Olimpiadası keçirilib. Olimpiadada 16 ölkədən məktəblilər iştirak ediblər.
Ölkəmiz sözügedən yarışda 4 məktəbli ilə təmsil olunub. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin X və XI sinif şagirdləri Nihad Hacızadə və Dəniz Səttarlı, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə olimpiadada uğurla çıxış edərək bürünc medal qazanıblar.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
