Gənc Müəllimlərin III Forumu
İyunun 17-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə Gənc Müəllimlərin III Forumu keçirilib.
Forumda elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, ölkəmizin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın gənc müəllim və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə assosiasiya haqqında məlumat verib. Sonra AGMA-nın fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son illərdə müəllimlik peşəsinə marağın artdığını və müəllimlərin peşəkarlığının yüksəldilməsi istiqamətində görülən işləri vurğulayıb. Emin Əmrullayev təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması və istedadlı gənc müəllimlərin potensialının aşkar olunmasına imkan yaradan bu cür tədbirləri təqdirəlayiq hesab edib.
Nazir həmçinin təhsilverənlərin sertifikatlaşdırılmasına diqqət çəkib, bu prosesin peşəkar bacarıqların ölçülməsi ilə yanaşı, həm də əməkhaqqı islahatı olduğunu bildirib. Bununla yanaşı, yüksək bal toplayan müəllimlərin metodik xidmətə cəlb olunacağını və nəticələrin gələcəkdə məktəb rəhbəri seçimində əsas göstərici hesab ediləcəyini bildirib.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov gənclərimizin könüllülük fəaliyyəti, həyata keçirilən layihələr, gənc nəslin müasir dünya gəncliyinə inteqrasiyası, gənclərlə iş sahəsində birgə əməkdaşlıq mövzuları ətrafında çıxış edib.
Forum Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifası ilə davam etdirilib.
Tədbir gənc müəllimlər üçün təşkil edilən təlimlərlə başa çatıb.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
