SİMA nazirliyin informasiya sisteminə inteqrasiya edilib
İyunun 1-dən Elm və Təhsil Nazirliyinin informasiya sistemlərinə giriş buludəsaslı yeni nəsil rəqəmsal imza – SİMA ilə həyata keçirilməyə başlanılıb.
Sözügedən imza ilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Ali və orta ixtisas təhsili” altsisteminə giriş prosesi sadələşdiriləcək. Belə ki, ölkəmizdə fəaliyyət göstərən ali, orta ixtisas təhsili müəssisələri, həmçinin tabeliyində ali və orta ixtisas təhsili müəssisəsi və elmi təşkilatlar olan qurumların məsul şəxsləri www.atis.edu.az portalına daxil olduqları zaman şəxsiyyətin eyniləşdirilməsi SİMA vasitəsilə mümkün olacaq. Bununla da biometrik həllərə əsaslanan yeni nəsil rəqəmsal imza ilə sistemə daha etibarlı giriş təmin ediləcək.
3 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
