Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib
Mayın 23-də Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə Elm və Təhsil, Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə ali təhsil müəssisələrinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Görüşün təşkilində məqsəd Azərbaycanda təhsil alan əcnəbi tələbələrə dair miqrasiya məsələlərinin tənzimlənməsi istiqamətində işin təkmilləşdirilməsindən ibarət olub.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin rəisi İsmayıl Abdullayev əcnəbi tələbələr üçün maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir iştirakçılarını ölkəmizin miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlandıran İsmayıl Abdullayev əcnəbi tələbələrlə bağlı sənədləşmə işinin səmərəli təşkili, eləcə də ölkədə qalma və yaşama qaydaları ilə bağlı müvafiq prosedurların vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov əcnəbi tələbələrin cəlbinin prioritet istiqamətlərdən biri olduğunu deyib. Adıçəkilən sahədə ali təhsil müəssisələri tərəfindən görülən işlər, eyni zamanda, nazirliyin əcnəbilərin təhsilinin təşkilinə dair optimallaşdırma ilə bağlı həyata keçirdiyi layihələrin (portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti -“SIA: CAS: Study in Azerbaijan Centralised E-Application Service”) əhəmiyyətini qeyd edib. Sözügedən sahədə irəliləyişlərə nail olunması və cari tədris ilində təhsil alan əcnəbilərin sayında qeyd edilən artımdan bəhs olunub.
Tədbirdə iştirak edən digər qonaqlar qeyd olunan məsələlərlə bağlı müvafiq qurumlar arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1 il əvvəl
Digər xəbərlər
-
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
10.05.2025 - 12:10 -
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib
10.05.2025 - 11:40 -
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2025 - 18:00 -
Fəxri xiyaban ziyarət edilib
08.05.2025 - 14:22 -
Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
08.05.2025 - 13:00