• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri

Menyu

SUALIM VAR Elektron sənəd yoxlanışı

BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

Mayın 24-də Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında ikili diplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi keçirilib. 

 

Mərasimdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, ikili diplom proqramı hər iki universitet üçün böyük elmi nailiyyətlər və beynəlxalq əməkdaşlığın yeni dövrünün başlanğıcı olacaq. Əməkdaşlıq vasitəsilə BDU-nun tələbələri İsrailin tanınmış professor-müəllim heyəti və mütəxəssisləri ilə birbaşa çalışacaq, biliyi mənbəyində əldə edəcəklər. Sözügedən proqram tələbələrin akademik təcrübəsini artırmaqla yanaşı, mədəni mübadilə və beynəlxalq şəbəkələşmə üçün də yeni imkanlar yaradacaq.  

 

Mərasimdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, adıçəkilən layihə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən həyata keçirilir. Dövlət Proqramının ikili diplom proqramları üzrə ikinci istiqamətinə uyğun olaraq bu illər ərzində ölkənin bir neçə ali məktəbi ilə müxtəlif ölkələrin universitetləri arasında ikili diplom proqramları imzalanıb. Həmin proqramlara əsasən indiyədək 1000-dən çox Azərbaycan vətəndaşı ölkədən ayrılmadan dünyanın ən qabaqcıl universitetlərinin diplomunu əldə edib.  

 

Nazir qeyd edib ki, BDU və Yerusəlim İbrani Universiteti arasında imzalanan ikili diplom proqramı Azərbaycan tələbələri, cəmiyyəti, iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. Bu proqram Azərbaycan-İsrail münasibətlərini daha da irəli aparacaq və hər iki universitet üçün uğurlu olacaq.  

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov öz növbəsində məlumat verib ki, layihə 3 istiqamətdən ibarətdir. Birinci istiqamət ikili diplom üzrə magistr proqramını əhatə edir. İkinci istiqamətdə hər iki universitetin gənc tədqiqatçı və tələbələrinin iştirakı ilə birgə tədqiqatların aparılması əks olunur. Proqram çərçivəsində 5 il müddətində 10 layihə həyata keçiriləcək və hər bir layihə 4 il davam edəcək. Layihənin üçüncü istiqaməti isə biotexnologiya sahəsində doktorantura təhsili ilə bağlıdır. 

 

Yerusəlim İbrani Universitetinin beynəlxalq məsələlər üzrə vitse-prezidenti, professor Oron Şaqrir isə vurğulayıb ki, layihə hər iki universitetin tələbələrinə birgə tədqiqat aparmaq və beynəlxalq təcrübə qazanmaq imkanı verəcək. 

 

Mərasimdə çıxış edən Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev isə proqramın iki xalqın müttəfiqlik münasibətlərini daha da gücləndirəcəyini bildirib. 

 

Sonra universitetlər arasında ikili diplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələri imzalanıb. 

 

İmzalanma mərasimindən sonra Bakı Dövlət Universitetində Heydər Əliyev muzeyi və lektoriyasının əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilib. 

 


24.05.2023 - 17:25