Təhsil festivalından rəngarəng anlar - Fotosessiya
Mayın 20-də Astarada təhsil festivalı keçirilib. Elm və Təhsil Nazirliyi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutan festival ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunub.
Rayonun dənizkənarı park-bulvar kompleksində keçirilən festivalda elm və təhsil naziri Emin Əmrullayev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, millət vəkilləri, yazıçılar, təhsil müəssisələri və nəşriyyat rəhbərləri, məktəblilər, rayon ictimaiyyəti iştirak edib.
Festivalın keçirilməsində məqsəd ölkə üzrə təhsilin inkişafı üçün maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasıdır.
Festivalda tədris ili ərzində xüsusi nailiyyətləri ilə fərqlənən şagirdlərlə, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər keçirilib.
Festivalda stendlərlə iştirakçı qismində çıxış edən müəssisələr müxtəlif xidmət və məhsullarını nümayiş etdiriblər.
Daha sonra “Musiqi dünyamız” mahnı festivalı, fləşmob keçirilib.
Qeyd edək ki, festivalda ümumilikdə 10 minə yaxın izləyici iştirak edib.
3 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
