Nazir Tbilisi Dövlət Universitetində Heydər Əliyev adına auditoriyanın açılış mərasimində iştirak edib
Mayın 19-da Gürcüstana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Heydər Əliyev adına auditoriyanın açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən elm və təhsil naziri ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bir çox sahələrdə, o cümlədən təhsil sahəsində həyata keçirilmiş islahatlar və onların nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. Emin Əmrullayev ulu öndərin azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına göstərdiyi dəstəyi xüsusilə vurğulayıb və auditoriyanın açılışına verdiyi dəstəyə görə Tbilisi Dövlət Universitetinə təşəkkürünü bildirib.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev ilə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari Tbilisi şəhərində yerləşən tədris Azərbaycan dilində aparılan M.F.Axundov adına 73 nömrəli məktəbi ziyarət edib və məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib.
Səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanın Texniki Universitetini ziyarət edib, ali təhsil müəssisəsinin rektoru David Qurgenidze ilə görüşüb.
3 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
