"Hacı Zeynalabdin Tağıyevin milli miqyası" – "Novruz mühazirələri"
Martın 16-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə növbəti "Novruz mühazirəsi" keçiriləcək.
Bakı şəhəri H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə keçiriləcək "Novruz mühazirəsi"ndə tarix elmləri doktoru, dosent Fərhad Cabbarov çıxış edəcək.
Mühazirə "Hacı Zeynalabdin Tağıyevin milli miqyası" mövzusuna həsr olunacaq. Fərhad Cabbarov mühazirədə “H.Z.Tağıyevi zənginliyə aparan yol: təsadüf, yoxsa gərgin zəhmətin nəticəsi?”, “H.Z.Tağıyev milli sahibkarlığın təməlində duranlardan biri kimi”, “Milli təhsilimizin inkişafında Tağıyev nümunəsi”, “Tağıyevin qızlar məktəbi – xeyriyyəçinin şah əsəri” mövzularında söhbət açacaq.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi "Novruz mühazirələri"ni 2016-cı ildən etibarən keçirir.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
