• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

Oktyabrın 31-dən etibarən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək. 


Namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsinin keçiriləcəyi tarix, məkan və tələb olunan sənədlər barədə məlumat göndərilib.


Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda “Microsoft Teams” platforması vasitəsilə Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.


Qeyd edək ki, hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək. 
 


2 il əvvəl