• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gürcüstanın təhsil və elm nazirinin səfəri uğurla başa çatıb

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Azərbaycana səfəri çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini ziyarət edib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru səlahiyyətlərini icra edən Ceyhun Kərəmov son illərdə ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlar və əldə olunan nailiyyətlər haqqında məlumat verib.

 

Görüş zamanı nazir mərkəzdə tədris edilən proqramlar haqqında məlumatlandırılıb və yaradılan şəraitlə  tanış olub. Mixeil Çxenkeli peşə təhsilinin inkişafının öz ölkəsində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib, iki ölkə arasında bu sahədə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu vurğulayıb.

 

Daha sonra Çxenkeli ilə Diasporla iş üzrə Dövlət Komitəsində görüş keçirilib. Komitə sədri Fuad Muradov Gürcüstanda yaşayan soydaşlarımızın rifahının Komitənin daim diqqət mərkəzində olduğunu bildirərək onların təhsil hüquqlarının təmin olunmasının  gələcəkdə Gürcüstanın inkişafına töhfə verməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

 

Səfər çərçivəsində qonaq ADA Universitetini ziyarət edib və universitetin rektoru, professor Hafiz Paşayev ilə görüşüb. Qonağa universitetin fəaliyyəti, beynəlxalq standartlara əsasən qurulan təhsil və tədris prosesi haqqında məlumat verilib.

 

Gürcüstanın təhsil və elm naziri Azərbaycan-Fransa Universitetində (UFAZ) də olub. Nazir UFAZ-ın müasir avadanlıqlarla təchiz olunmuş elmi-tədris laboratoriyası ilə tanış olub, universitetin tədris proqramları barədə məlumatlandırılıb.


2 il əvvəl