Gürcüstana 21 703 nüsxə dərslik göndərilib
4 il əvvəl
Sentyabrın 23-də Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2022-2023-cü tədris ili üçün 18 adda 21703 nüsxə dərslik göndərilib.
Sözügedən dərs vəsaitləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin əməkdaşlarının müşayiəti ilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib.
Qeyd edək ki, Ana dili və Ədəbiyyat dərsliklərinin mübadiləsi 21 fevral 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.
Son 5 ildə Elm və Təhsil Nazirliyi tərəfindən 105 913 nüsxə dərslik və metodiki vəsait Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə göndərilib.
Digər xəbərlər
-
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40 -
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48 -
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50
