• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər

Təhsil naziri Emin Əmrullayev 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə əmr imzalayıb. 

Əmrdə qeyd edilib ki, 2019-2020-ci tədris ilinin 2-ci yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətinin diaqnostik qiymətləndirmə vasitəsilə öyrənilməsi və bununla da çatışmazlıqların yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılması əsas məsələlərdəndir. 

Bundan başqa, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı mövcud vəziyyəti və zəruri ehtiyacları nəzərə alaraq distant (məsafədən)  təhsilin təşkili ilə bağlı məktəb rəhbərləri və müəllimlərin kurslara cəlbi nəzərdə tutulur.

Əsas hədəflər sırasına məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi, xarici dillərin tədrisinin səviyyəsinin yüksəldilməsi, eləcə də "Rəqəmsal bacarıqlar” və “STEAM” pilot layihələrin icrası ilə bağlı məsələlər də daxildir.

Eyni zamanda təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, mütəmadi dezinfeksiya işlərinin aparılması aktual məsələlər sırasında yer alır. 


3 il əvvəl