• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gəncə-Daşkəsən regionunda sertifikatlaşdırmaya dair görüşlər keçirilib

Gəncə şəhəri və Samux rayonunda direktor, direktor müavinləri və ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.  Görüşdə 300-dən çox ibtidai sinif müəllimi iştirak edib.


Samux rayon təhsil sektorunun müdiri Nurlana Həsənova sertifikatlaşdırma prosesi barədə danışıb və təhsilverənlərə uğurlar arzulayıb. 


Görüşdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təqdimatla çıxış edib, Təhsil Nazirliyi və Təhsil İnstitutunun bu istiqamətdə gördüyü dəstək tədbirlərini qeyd edib, sertifikatlaşdırmanın təkcə qiymətləndirmə deyil, həmçinin təhsilverənlər üçün peşəkar inkişaf aləti olduğunu vurğulayıb.


Təhsil İnstitutunun ibtidai təhsil üzrə təlimçisi Vəfa Məmmədova sertifikatlaşdırmanın məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb, metodika üzrə nümunə test tapşırıqlarını izah edib.
Tədbirdə görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 


1 il əvvəl