Regionlarda ictimaiyyətlə əlaqələrə məsul şəxslər üçün təlim keçirilib
İyunun 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Regional təhsil idarələrinin ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim keçirilib.
Təlimdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları, Regional təhsil idarələrinin PR işi üzrə məsul nümayəndələri iştirak edib.
Təlimi giriş nitqi ilə açan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması işinin düzgün təşkili məsələsinə toxunub, mövcud işdəki problemləri diqqətə çatdırıb.
Daha sonra təlimçilər tərəfindən sosial şəbəkədə kontent idarəetmə, “Fake news”la mübarizə və böhran vəziyyətlərində sosial medianın əhəmiyyəti, sosial şəbəkələrdə ünsiyyətin düzgün qurulması, izləyici auditoriyanın idarəedilməsi və digər oxşar məzmunlu mövzularda təqdimatlar edilib, tövsiyələr verilib.
Təlimdə iştirak edən İctimaiyyətlə əlaqələr sektorunun digər əməkdaşları da mövzu istiqamətində fikir və təcrübələrini bölüşüb, təlimin faydalılığına toxunublar.
Sonra təlim iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimin təşkilində məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair iş keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Vyetnamın təhsil və təlim nazirinin müavini ilə görüşüb
07.05.2025 - 19:00 -
Mərakeş Krallığının Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində olub
07.05.2025 - 16:54 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
06.05.2025 - 16:25 -
TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir
05.05.2025 - 14:29 -
Nazir müavini Azərbaycan nümayəndə heyətinin tərkibində Suriya Ərəb Respublikasında səfərdə olub
05.05.2025 - 10:51