“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında görüş keçirilib
Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının icrası ilə bağlı görüş keçirilib.
Görüşdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, mədəniyyət nazirinin müavini Səadət Yusifova və hər iki nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı Konsepsiyanın 2026–2030-cu illər üzrə Tədbirlər Planında mədəniyyət, elm və təhsil sahələri üzrə qarşılıqlı əməkdaşlığı əhatə edən tədbirlərin icra vəziyyəti nəzərdən keçirilib, həmin tədbirlər üzrə qurumlararası əlaqələndirmə və icra prosesinin səmərəli təşkili məsələlərinə toxunulub.
2026-cı il üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, elmin və mədəniyyətin qarşılıqlı əlaqəsinin təmin edilməsi, mədəniyyət sahəsində təhsilin, təhsil pillələri üzrə ixtisasların və ixtisaslaşmaların təkmilləşdirilməsi, eləcə də Azərbaycan dili və ədəbiyyatı istiqaməti üzrə yeni, xüsusilə elmi və publisistik əsərlərin yaradılması və təbliği ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda aidiyyəti istiqamətlər üzrə növbəti addımlar müzakirə olunub, Konsepsiyada müəyyən edilmiş hədəflərə nail olunmasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.
10.07.2026 - 18:00
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
