Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Firudin Qurbanov Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Aşqabad şəhərində keçirilən Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib. İclas çərçivəsində Azərbaycan və Türkmənistan arasında ticarət-iqtisadi, enerji, nəqliyyat və rabitə, kənd təsərrüfatı, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunub.

 

Nazir müavini çıxışında Azərbaycan ilə Türkmənistan arasında elm və təhsil sahəsində mövcud əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər barədə məlumat verib. Xüsusilə rəqəmsal, süni intellekt, STEAM, ümumi və ali təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi, tələbə və elmi-akademik heyətin mübadiləsi, beynəlxalq olimpiada və digər tədbirlərdə qarşılıqlı iştirakın genişləndirilməsi, eləcə də birgə elmi-tədqiqatların aparılması kimi bir sıra məsələlərə toxunub. Nazir müavini həmçinin elm və təhsil sahəsində səmərəli əməkdaşlıq üçün institusional əsas yaradan Azərbaycan–Türkmənistan İşçi Qrupunun fəaliyyətinə dair təkliflər irəli sürüb.

 

Yekunda komissiyanın həmsədrləri tərəfindən iclasın nəticələrinə dair protokol imzalanıb.


09.07.2026 - 10:22