Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurasının nümayəndə heyətlərinin görüşü keçirilib
İyunun 3-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurasının nümayəndə heyətlərinin görüşü keçirilib.
Görüşdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Türkiyə Respublikası Ali Təhsil Şurasının rəhbərinin müavini Safa Kapıcıoğlu, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Türkiyə Respublikası Ali Təhsil Şurasından olan nümayəndə heyəti və Azərbaycan və Türkiyə ali təhsil müəssisələrinin 60-a yaxın rektoru iştirak edib.
Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov salamlama nitqi ilə çıxış edib.
Daha sonra təhsil nazirinin müavini Muxtar Məmmədov və Ali Təhsil Şurasının rəhbərinin müavini Safa Kapıcıoğlu Azərbaycan və Türkiyədə təhsil sahəsində son illər həyata keçirilən islahatlar və birgə fəaliyyətlər haqqında danışıblar.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Qazi Universitetinin rektoru Musa Yıldız, Ege Universitetinin rektoru Necdet Budak və Sakarya Universitetinin rektoru Fatih Savasan qonaqlara universitetlərarası əməkdaşlıqlar haqqında məlumat veriblər. Həmçinin, hər iki ölkənin ali təhsilinin tarixi haqqında videoçarxlar da nümayiş olunub.
4 il əvvəl
Digər xəbərlər
-
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında görüş keçirilib
10.07.2026 - 18:00 -
Nazir müavini Həsən Həsənli Ruanda Respublikasının səfiri ilə görüşüb
10.07.2026 - 14:04 -
Firudin Qurbanov Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib
09.07.2026 - 10:22 -
“SABAH-ın Məzunu 2026” tədbiri keçirilib
08.07.2026 - 19:42 -
Nazir müavini BMU-İNHA ikili diplom proqramının III məzun buraxılışı tədbirində iştirak edib
08.07.2026 - 16:19
