“TEKNOFEST Azərbaycan” festivalında Milli Aviasiya Akademiyasının iştirakına dair tədbir keçirilib
İyunun 2-də Milli Aviasiya Akademiyasında Azərbaycan Mülki Aviasiya (MAA) işçilərinin peşə bayramı gününə və “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Milli Aviasiya Akademiyasının iştirakına həsr olunan tədbir keçirilib.
Tədbirin əvvəlində MAA-nın rektoru akademik Arif Paşayevin tədbir iştirakçılarına müraciəti təqdim olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti İlham Əmirov Mülki Aviasiya işçilərinin peşə bayramı münasibətilə tədbirdə çıxış edib.
Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “TEKNOFEST Azərbaycan” festivalı barədə danışıblar.
MAA-nın birinci prorektoru Ədalət Səmədov Milli Aviasiya Akademiyasının “TEKNOFEST Azərbaycan” festivalında iştirakı barədə qonaqlara məlumat verib.
Daha sonra festival çərçivəsində keçirilmiş yarışmalar və təltiflərə aid qısa videoçarxlar izlənilib. “TEKNOFEST Azərbaycan” festivalında qalib gələn, eyni zamanda, iştirakçı olmuş komandaların üzvlərinə təşəkkürnamələr və mükafatlar təqdim edilib.
2 il əvvəl
Digər xəbərlər
-
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
10.05.2025 - 12:10 -
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib
10.05.2025 - 11:40 -
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2025 - 18:00 -
Fəxri xiyaban ziyarət edilib
08.05.2025 - 14:22 -
Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
08.05.2025 - 13:00