• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Basketbol üzrə Tələbə Liqasının Super Kubokunun final oyunu

Mayın 31-də Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Sərhədçi İdman Kompleksində basketbol üzrə Tələbə Liqasının Super Kubokunun final oyunu baş tutub. 

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA)  tələbə komandalarının qarşı-qarşıya gəldiyi final oyununda ADBTİA-nın tələbələri liqanın qalib olub. 

 

Tələbələrimizi təbrik edir və onlara gələcək yarışlarda uğurlar arzulayırıq!
 


2 il əvvəl