“Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” təlimləri yekunlaşıb
“Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində keçirilən “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” təlimləri yekunlaşıb. Cari ilin aprel ayının 4-dən başlayan ixtisasartırma təlimləri 60 saatlıq proqramı əhatə edib və təlimlərə100 nəfər məktəb psixoloqu cəlb olunub.
Təlimlərin məqsədi məktəb psixoloqlarını psixologiya sahəsində müasir yanaşmalarla tanış etmək, onların məktəbdə psixoloji xidmətin təşkili istiqamətində peşə bacarıqlarını artırmaq, psixokorreksiya, psixodiaqnostika, psixokonsultasiya, davranış problemi olan şagirdlərlə işləmək bacarıqlarının formalaşması və təkmilləşdirilməsinə dəstək göstərməkdir.
Təlim müddətində, həmçinin “Məktəblinin dostu” layihəsinin psixoloqları “Sosial-emosional problemlərin həllində art terapiya” mövzusunda təlimlər keçib. Təlimlərin yekununda məktəb psixoloqları üçün test və yazılı şəkildə olmaqla imtahan təşkil edilib və imtahanların nəticələrinə əsasən onlara sertifikatlar təqdim olunub.
2 il əvvəl
Digər xəbərlər
-
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
10.05.2025 - 12:10 -
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib
10.05.2025 - 11:40 -
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2025 - 18:00 -
Fəxri xiyaban ziyarət edilib
08.05.2025 - 14:22 -
Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
08.05.2025 - 13:00