“Virtual bələdçi” xidməti istifadəyə verilib
“Virtual məktəb” portalından daha rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə “Virtual bələdçi” xidməti istifadəyə verilib. Xidmətdən faydalanmaq üçün istifadəçilər portalda (www.virtual.edu.az) “Sualınız var?” bölməsinə keçid edib onları maraqlandıran sualları seçməklə, cavablarla tanış ola bilərlər.
Bununla yanaşı, portaldan istifadə üzrə 2 növ texniki dəstək xidməti göstərilir. Vətəndaşlar müraciətlərində tələb olunan məlumatları (çətinlik haqqında qısa təsvir, şagirdin FİN kodu, şagirdin ad, soyadı və ata adı, sinif, məktəb, doğum tarixi, əlaqə nömrəsi) qeyd etməklə teams@tsii.edu.az elektron ünvanına və yaxud Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin "Facebook" səhifəsində məktub bölməsinə göndərə bilərlər.
5 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31