• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İctimai Şura üzvləri ilə sertifikatlaşdırma prosesi müzakirə edilib

Mayın 13-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri ilə Təhsil Nazirliyi yanında İctimai Şura arasında görüş keçirilib.

 

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının sədri, təhsil nazirinin müavini Muxtar Məmmədov sertifikatlaşdırma prosesinin məqsədi barədə fikirlərini bölüşərək, prosesin təhsilverənlərin peşəkar inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıb.

 

Muxtar Məmmədov sözügedən prosesə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin  tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunacağı barədə məlumat verib.

 

Sertifikatlaşdırma prosesinin uzunmüddətli hədəflərinin olduğunu bildirən nazir müavini sertifikatlaşdırmanın təhsilverənlər üçün özunüinkişaf aləti olmasını, nəticələrin təhsil sisteminə böyük töhfələr verəcəyini qeyd edib.

 

Daha sonra Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı ictimaiyyət arasında düzgün kommunikasiyanın qurulmasına dair məsələlər müzakirə olunub.

 

Görüşdə İctimai Şura üzvlərinin rəy və təklifləri dinlənilib, çoxsaylı sualları  cavablandırılıb.


1 il əvvəl