"Microsoft" şirkəti azərbaycanlı müəllimlər üçün təlim təşkil edir
Mayın 17-də "Microsoft" şirkəti tərəfindən azərbaycanlı müəllimlər üçün “Windows-un müasir versiyalarında tədris alətləri“ mövzusunda təlim təşkil ediləcək.
Təlim şirkətin “Windows” və “Microsoft Office” kimi məhsullar üzrə aparıcı eksperti Marat Xayrulin tərəfindən aparılacaq. Marat Xayrulin eyni zamanda “Microsoft Inclusive Tools” təlim kursunun və “İnklüziv Alətlər Kataloqu"nun müəlliflərindən biridir.
Təlim çərçivəsində “Windows 10” və “Windows 11” sistemlərində müəllimin işini daha səmərəli və asanlaşdıracaq, daha yaradıcı təlim materiallarının yaradılmasına kömək edəcək alətlər barədə, eləcə də inklüziv təhsil imkanlarından danışılacaq. Təlim müddətində müəllimlər alətlərin canlı nümayişini izləmək və faydalı materiallar əldə etmək imkanı əldə edəcəklər.
Təlimdə iştirak etmək istəyənlər aşağıdakı linkə keçid edərək müraciət edə bilərlər: https://forms.office.com/r/k5nnQRgzbB
Qeyd edək ki, ötən tədris ilində eyni məzmunlu təlim 900-ə yaxın müəllimin iştirakı ilə "Virtual məktəb" platforması üzərindən onlayn təşkil edilmişdi.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri rəqəmsal ideya müsabiqəsinin bağlanış mərasimində iştirak edib
06.05.2026 - 09:30 -
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
05.05.2026 - 17:35 -
Nazir müavini Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin prorektoru ilə görüşüb
05.05.2026 - 15:54 -
881 nəfər “Maarifçi” olmaq üçün müsahibədə iştirak edəcək
05.05.2026 - 14:57 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 1026 layihə təqdim edilib
05.05.2026 - 10:59
