Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
05.05.2026 - 17:35
Mayın 5-də “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib.
Yeni dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Həmçinin, yeni Qanun ilə müəyyən olunmuş imtiyaz bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur və 2026-cı il sentyabrın 15-dən tətbiq ediləcək.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
