Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 1026 layihə təqdim edilib
05.05.2026 - 10:59
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 1026 layihə təqdim edilib. Daxil olan layihələrin 30-u (3%) ümumi təhsil müəssisələrinin, 996-sı (97%) təhsilverənlərin fərdi layihələridir.
Cari müsabiqə iştirakçılarının 367-si (36%) ilk dəfədir ki bu prosesə qoşulub. Onlardan 10-u “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə, 357-si “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqəyə müraciət edib. Ən çox layihə təklifi isə Bakı, Gəncə və Ağstafadan daxil olub.
Qeyd edək ki, X qrant müsabiqəsinin gedişatına dair bütün məlumatlar Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrində mütəmadi təqdim olunacaq.
Digər xəbərlər
-
Nazir Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi ilə görüşüb
25.11.2026 - 17:34 -
Nazir müavini “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimində iştirak edib
25.11.2026 - 17:30 -
Pakistan İslam Respublikasının Baş nazirinin Gənclər Proqramının Baş direktoru ilə görüş keçirilib
25.11.2026 - 15:30 -
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb
25.11.2026 - 13:05 -
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41
