Təhsil naziri Hacıqabul şəhərindəki məktəb-liseydə olub
Fevralın 21-də Təhsil naziri Ceyhun Bayramov Hacıqabul şəhər 10 nömrəli Texniki-Təbiət Fənlər Təmayüllü məktəb-liseydə olub. Nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil müəssisəsinin ümumi şəraiti, dərs otaqları, kitabxanası, idman və akt zalı ilə tanış olub, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb.
Daha sonra nazir məktəb-liseyin 5-ci sinfində tarix və alman dili dərslərinin tədrisi prosesini izləyib. Nazir şagidlərə elektron resurslardan daha fəal istifadəni tövsiyə edib, həmçinin təhsil ocağının rəhbərliyinə məktəb kitabxanasının zənginləşdirilməsinə dair tapşırıq verib.
4 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak edib
24.01.2025 - 21:00 -
“İnsan kapitalı və təhsil” üzrə İşçi qrupunda 2024-cü ilin yekunları müzakirə olunub
24.01.2025 - 15:37 -
Elm və təhsil nazirinin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
23.01.2025 - 10:50 -
Elm və təhsil naziri Suraxanı rayonunun məktəb direktorları ilə görüşüb
22.01.2025 - 21:19 -
Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb
21.01.2025 - 21:17