“İnsan kapitalı və təhsil” üzrə İşçi qrupunda 2024-cü ilin yekunları müzakirə olunub
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə 2024-cü ildə görülən işlər Elm və Təhsil Nazirliyində müzakirə edilib.
Strategiyanın “İnsan kapitalı və təhsil üzrə" İşçi qrupunun sədri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə ötən il təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib. Bildirib ki, sənəddə nəzərdə tutulan hədəflər çərçivəsində icraçı qurumların hər biri aidiyyəti sahə üzrə müvafiq tədbirləri həyata keçirib.
Nazir müavini çıxışında son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclərin əhəmiyyətli şəkildə artırılmasını, o cümlədən ümumi, ali, orta ixtisas, peşə təhsili və elm sahələrində Strategiyanın müvafiq məqsədinə daxil olan hədəflər çərçivəsində görülmüş işlər barədə ətraflı məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri, İşçi qrupunun sədr müavini Günay Quliyeva Strategiyanın 2024-cü il üzrə nəzərdə tutulan hədəflərinin icrasına dair monitorinq və qiymətləndirmə hesabatını təqdim edib.
Hesabatın təqdimatından sonra İşçi qrupunun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, eləcə də icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən "İnsan kapitalı və təhsil" İşçi qrupu “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılıb.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
